Qırmızı.az
Məhkəmə sədri və 3 hakim cəzalandırıldı
Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ədliyyə naziri, MHŞ-nı sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ölkədə aparılan məhkəmə islahatının nəticələri qeyd edilib.
Tədbirdə insanların məhkəmə prosesləri barədə dərhal məlumatlanması, məhkəməyə çatımlılığın və çəkişmə prinsipinin təmin edilməsi məqsədilə hazırlanmış yeni Elektron Məlumatlandırma Sisteminin təqdimatı keçirilib. Qeyd edilib ki, sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar «SMS bildiriş» formatında dərhal göndəriləcək, hakimlərin müxtəlif dövlət orqanlarına sorğuları onlayn rejimdə cavablandırılacaq.
İclasda, icraatda olan intizam işlərinə baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud şəkildə pozduqlarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilməsi, məhkəmənin sədri Müseyib Hüseynova irad tutulması barədə qərarlar qəbul edilib, digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılıb, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir