Qırmızı.az
Vəzifədən qovulan direktorun səlahiyyətini əməkdar müəllim icra edir
Hacıqabul Rayon Talış kənd tam orta məktəbinin 71 yaşlı sabiq direktoru Mirsaleh Mirabbas oğlu Məmmədovun təhsil naziri Mikayıl Cabbarovun əmrilə tutduğu vəzifədən kənarlaşdırılması xəbəri bu gün səhər məktəb rəhbərliyinə elan olunub.
Talış kənd tam orta məktəbinin müəllimlərinin Publika.az-a verdikləri xəbərə görə, Mirsaleh Məmmədov bu gün məktəbə gəlməyib. Müəllimlər direktorun işdən kənarlaşdırılmasının Publika.az saytında onunla bağlı yayılan yazı və videogörüntülərlə bağlı olduğunu bildirdilər.
Hacıqabul Rayon Təhsil Şöbəsi müdirinin müavini Balaxanım Ələsgərova da Publika.az-a direktorun səlahiyyətlərinin icra olunduğunu bildirdi: “Təbii ki, məktəb rəhbərsiz qala bilməz. Şübhəsiz ki, direktorun səlahiyyətlərini kiməsə həvalə etməliyik”.
Məktəbdən aldığımız məlumata görə, hazırda Mirsaleh Məmmədovun səlahiyyətlərini “Əməkdar müəllim” fəxri adını almış Mehman Əmiraslanov icra edir. Direktorun vəzifəsinə ən şanslı namizəd kimi Mehman Əmiraslanov göstərilir.
Xatırladaq ki, Mirsaleh Məmmədovdan redaksiyamıza müraciət edən müəllimlər direktorun yaxın qohumu olan səkkiz müəllimin maaş kartının onda olduğunu bildirmişdilər. Qeyd olunurdu ki, onlar məktəbdə işləməsələr də, adları müəllim kimi qeyd olunub. Bundan başqa, gənc müəllimlərin məzuniyyəti faktiki 56 gün hesablandığı halda, 42 gün məzuniyyət pulu hesablanıb.
Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video faylları da əməkdaşımıza göndərmişdilər. Həmin görüntülərdə ibtidai sinif müəllimələrindən ikisinin dərs saatlarına görə hər ay direktor M.Məmmədova 40 azn verməsi, həmçinin xadimə Əliyeva Hafizə Etibar qızının hər ay maaş əvəzi 40 azn alması və maaş kartının direktorda olması, habelə tarix müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi əks olunur.
Anar Tağıyev
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA