Qırmızı.az
Bakıda vəhhabilər lombardları ələ keçirir
Bakıda vəhhabilər lombardlara sahiblənməyə başlayıblar.
Axar.az-a özəl qaynaqdan daxil olan məlumatlarda vəhhabilərin Səudiyyə Ərəbistanından ölkəmizə qızıl-zinət əşyalarının gətirilməsi və satışının təşkilində xüsusi rolu olduğu iddia edilir. Vəhhabilər artıq ticarətin bu bazarına da yiyələnməyə, lombardlarda inhisarçı olmağa səy göstərirlər.
Mənbənin iddialarına görə, Bakıda vəhhabilər arasında geniş yayılmış yeni ənənə mövcuddur. Onlar özlərini ələ verməmək, qeyri-ənənəvi təriqət üzvü olduqlarını gözə soxmamaq üçün balağı qısa şalvar geyinməkdən, uzun saqqal saxlamaqdan yayınırlar.
Hətta vəhhabilərin maliyyə fondları və icmaları bəzi üzvlərinə bu imtiyazları yaradıb. İcma rəhbərləri bu addımla ticarətin genişlənməsi fonunda onların maliyyə mənbələri üzərində ciddi təftiş aparılmamasını hədəfləyirlər.
Qaynağımız qeyd edir ki, bəzi hallarda hüquq-mühafizə orqanları lombardlarda fəaliyyət göstərən vəhhabiləri saxlayıb, onların ifadəsi alınıb. Lakin bu şəbəkənin qolları artmaqdadır və səhih faktların üstünə çıxmaq hələlik mümkün olmayıb.
Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı radikal dini təriqət üzvlərinin maddi bazalarının məhv ediləcəyini açıqlamışdı.
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı