Qırmızı.az
Barama Mərkəzindən gənc mühəndislərə dəstək
Azercel Telekom-un Barama İnnovasiya Mərkəzi daha bir layihəyə imza atıb. Belə ki, mərkəz bu dəfə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi (GəncMİİB) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Bu məqsədlə keçirilən tədbirdə Azercell Telekom rəhbərliyi və “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri iştirak edib. Məlumat üçün bildirək ki, “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB) mühəndislərin və mühəndislik qurumlarının peşəkar və ictimai fəaliyyətlərinə dəstək verən, sosial məsuliyyətli, ətraf mühitin qorunmasına qarşı mühəndislərın maarifləndirilməsini həyata keçirən, mühəndislik qurumları arasında əlaqələndirici funksiyanı yerinə yetirən bir ictimai birlikdir.
2009-cu ildə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa
dəstək vermək məqsədilə yaradılmış mərkəz əsasən informasiya
texnologiyaları üzrə layihələri və qurulan şirkətləri dəstəkləyib
onların biznesə çevrilməsinə kömək edir. Barama mərkəzinin
fəaliyyət göstərdiyi 5 il ərzində bir çox uğura imza atılmışdır.
Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlamış, onlardan
20-si uğurla başa çatmışdır. Hal-hazırda fəaliyyətdə olan 4 uğurlu
şirkət isə inkişaf etməkdə davam edir. İlk addımlarını innovasiya
mərkəzində başlayan «Start-up» şirkətlərdən biri artıq Amerika
Birləşmiş Ştatlarının Virciniya ştatında fəaliyyət göstərir.
Mərkəzin Azercell və CRDF Global şirkətlətinin təşkilatçılığı ilə
keçirdiyi «Elm və Texnologiya Sahibkarlığı» proqramında 3 layihə
gələcək inkişaf üçün qrant almış, 6 layihə isə ABŞ-ın Kaliforniya
ştatına, Silikon Vadisinə səyahət edib dünyanın öndə gedən
şirkətləri ilə tanış olublar, dünya səviyyəli təcrübəli investor və
biznesmenlərlə görüşüblər.
Barama İnnovasiya Mərkəzi və Gənc Mühəndislər Məktəbi arasındakı bu yeni əməkdaşlıq mühəndisliyin müxtəlif sahələri ilə informasiya texnologiyalarının innovativ ideyalar və texniki həllər üçün birləşərək yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.
Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə müxtəlif sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gənclərə hər zaman dəstək olur.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”