Qırmızı.az
Azərbaycanda dinc məqsədlərlə nüvə xammal ehtiyatlarının axtarışı aparılacaq
“Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin Nizamnaməsi və strukturu təsdiq edilib.
Publika.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Cəmiyyətin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsindən və ondan istifadənin təmin olunmasından, nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsindən və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsindən ibarətdir.
Nizamnanədə həmçinin qeyd olunub ki, mərkəz tərəfindən nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görüləcək.
Nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün, tədqiqat nüvə reaktoru da daxil olmaqla, lazımi texniki bazanın yaradılması və istismarının təşkili, nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasının təşkil edilməsi barədə istiqamətlər də müəyyən edilib.
Azərbaycan Respublikasının ərazisi üzrə radiasiya fonunun
öyrənilməsində, eləcə də torpaq, su və havada radionuklid
paylanmasının tədqiqində, aidiyyəti dövlət qurumlarının, yerli
özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin
müraciətləri əsasında materialların, digər məmulatların radioloji
laboratoriya sınaqlarında, respublikada aparılan nüvə və radiasiya
təhlükəsizliyi üzrə layihə və dövlət proqramlarında iştirak
edilməsi nəzərdə tutulub.
Mərkəz dinc məqsədlərlə ölkə ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması ilə də məşğul olacaq.
Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.
İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. Cəmiyyətin nizamnamə kapitalı 3 000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 10 (on) manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərdən ibarətdir. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə, həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.
Cəmiyyət Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Gülxar
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO