Qırmızı.az
Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olundu
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətində Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə “Əsrin müqaviləsinin 20
illiyi” münasibətilə ölkənin neft sənayesinin inkişafındakı
xidmətlərinə görə və “Neft daşlarının 65 illiyi” münasibəti ilə
yatağın işlənməsində xidmətlərinə görə təltif edilmiş
mükafatçılarla görüş keçirilib.
Tədbirdə çıxış edən ARDNŞ-ın Prezidenti Rövnəq Abdullayev hər zaman
neftçi əməyini yüksək qiymətləndirən, Azərbaycan neftçilərinin
fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət
mərkəzində saxlayan Prezident cənab İlham Əliyevə dərin
minnətdarlığını bildirib. O, qeyd edib ki, təməli ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası bu gün
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilir.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar
müəllim” medalı və vəsiqəsi təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinə
fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin 19 sentyabr 2014-cu il tarixli sərəncamı ilə
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim”
fəxri adı verilib.
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI