Minsk Qrupu “diplomatik bataqlıq“dır – Bəyanat
Bizi izləyin

Qırmızı.az

Minsk Qrupu “diplomatik bataqlıq“dır – Bəyanat

Vətəndaş və İnkişaf Partiyası (VİP) ATƏT-in Minsk Qrupu həmsədrlərini Azərbaycana qarşı ədalətsiz yanaşmada ittiham edib.

VİP-in mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, partiyanın yaydığı bəyanatda deyilir:

"Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun egidası altında aparılan danışıqlar prosesinin nəticəsizliyi problemin yaxın dövrlərdə sülh yolu ilə həllinə yönəlik ümidləri tamamilə zəiflədib. Danışıqlarda nəticəsizliyin əsas səbəbi adları çəkilən böyük dövlətlərin işğalçı Ermənistana qarşı prinsipial mövqe tutmaq əvəzinə, işğala məruz qalan Azərbaycanı ciddi güzəştlərə məcbur etmək siyasətinə üstünlük vermələridir".

Partiya rəhbərliyi vurğulayıb ki, Minsk Qrupunun həmsədr ölkələrinin yüksək dövlət məmurları münaqişənin dinc yolla həllinə müsbət təsir göstərmirlər:

"Bununla yanaşı, pozulmuş ərazi bütövlüyünü bütün vasitələrlə bərpa etmək hüququna malik Azərbaycanı güc tətbiqindən çəkindirmək məqsədi ilə şantaj və təhdid dolu mövqelərini təkrar-təkrar ifadə etməkdədirlər. Maraqlıdır ki, ABŞ, Rusiya və Fransa maraqları tələb etdiyi halda tərəddüd etmədən yerli-yersiz irimiqyaslı hərbi kampaniyalara başlayırlar, amma ərazi bütövlüyü pozulan, bir milyon vətəndaşı çətin qaçqın həyatı yaşayan Azərbaycanın ədalətli müharibə haqqını tanımaq istəmirlər".

Bu günlərdə ABŞ dövlət katibi xanım Hillari Klinton da kaliforniyalı konqresmen Hovard Bermanın Qarabağ münaqişəsinin nizamnlanmasında prosesində yaranmış durum və tərəflərin mövqeyinə dair sorğusuna verdiyi cavabda “münaqişənin hərbi həll yolunun olmadığını” bildirib.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıya səfəri zamanı verdiyi açıqlamada oxşar mövqedən çıxış edib.

VİP ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycanın beynəlxalq hüquqda təsbit edilmiş ərazi bütövlüyünü bütün vasitələrlə bərpa etmək haqqına belə sayğısız münasibətinə qəti etiraz edir və bunu işğalçı Ermənistanın stimullaşdırılmasına yönəlik növbəti diplomatik gediş kimi qiymətləndirir.

VİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövcud tərkibini Qarabağ münqaşəsinin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində əsas maneə hesab edir və rəsmi Bakını bu formatın dəyişdirilməsi yönündə təcili addımlar atmağa çağırır. Əks halda, zaman keçdikcə, Azərbaycanın bu "diplomatik bataqlıq"dan çıxması və ölkənin əsas probleminin həll olunması daha da çətinləşəcək.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm