Qırmızı.az
Bank hesablarından külli miqdarda pul talayan dəstə zərərsizləşdirilib
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İnternet vasitəsilə müxtəlif bank hesablarından külli miqdarda pul talayan dəstəni zərərsizləşdirib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
əməliyyat tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz
daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul
vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin
üzvləri yaxalanaraq ifşa edilmişlər.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Musayev Rəhman
Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu,
Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində
İnternetdən istifadə etməklə qanunla qorunan kompüter
informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək
2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə
ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank
hesablarından böyük məbləğdə pul çıxar¬mış və onların mənafeyinə
külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq
talamışlar.
Müəyyən edilmişdir ki, özgənin əmlakını gizli talamaq məqsədilə
Rəhman Musayev Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və
qeyrilərindən ibarət mütəşəkkil dəstə yaratmışdır. Rəhman Musayevin
dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun özü
və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məx¬¬sus plastik
kartlara aid məlimatların İnternetlə qanunsuz əldə edilərək Emin
Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə
götürmüşdür. Hə¬min məlumatlar əsasında özgənin gizli talanmış
əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən
ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müx¬¬təlif çeşidli
məişət avadanlıqlarının, mobil telefon aparatlarının və digər
qiy¬mət¬li əşyaların alınaraq satışının təşkilini Emin Zəkiyevlə
Mikayıl Dadaşlıya tapşırmışdır.
Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Rusiya
Federasiyasının Moskva şəhərində qeydiyyatdan keçirilmiş İnternet
saytına daxil olub, həmin səhifədən yenə də İnternetlə ABŞ
ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə
məxsus elektron hesablar barədə məlumatlar əldə etmişlər. Dəstə
üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fervral-iyun
ayları ərzində həmin hesabların sahiblərindən gizli olaraq onların
6 min 180 manat pullarını talayıb digər elektron hesaba
köçürmüşlər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə
vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman
Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə
edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan
kartların sahiblərinin hesablarına ödənilmişdir, ki, bununla da
həmin banklara külli miqdarda ziyan dəymişdir.
Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və
qeyriləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının
"Visa" və "Mastercard" elektron plastik kartlarındakı məlumatlar
vasitəsilə onlara məxsus bank hesablarından yenidən 9 min 298 manat
götürmüş, sonradan İnternetlə bir şirkətin hesabına köçürmüş və
qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd "Apple İphone 4-32
gb", 4 ədəd "Black berry 9780", 6 ədəd "Black berry 9780 White", 4
ədəd "Black berry 9800" markalı bahalı mobil telefon aparatları
almış və sonradan bu telefon aparatlarını real dəyərindən ucuz
qiymətə müxtəlif şəxslərə satmışlar.
Qanunazidd fəaliyyətlərini davam etdirən mütəşəkkil dəstə üzvləri
2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının elektron
plastik kartlarına aid qanunsuz olaraq İnter¬netlə əldə etdikləri
informasiyadan istifadə etməklə, həmin kartların sahiblərinin
xarici ölkələrdəki bank hesablarından gizli surətdə yenidən 10 min
682 manat çıxarıb Bakı şəhərində fəaliyyət göstərən digər şirkətin
hesabına köçürməklə müxtəlif mar¬ka¬lı mobil telefon aparatları
sifariş verərək götürməyə cəhd etmişlər. Lakin həmin vaxt
Azər¬baycanda fəaliyyət göstərən banklar tərəfindən xarici
kartlarla ödəmələrin apa¬rıl¬ma¬sı müvəqqəti məhdudlaşdırıldığından
dəstə üzvləri iradələrindən asılı olmayaraq qeyd olunan ödəmələri
həyata keçirə və mobil telefon aparatlarını əldə edə
bilməmişlər.
Buna baxmayaraq, dəstə üzvləri İnternetlə qanunsuz olaraq xarici
ölkə vətəndaşlarının elektron plastik kartlarındakı məlumatlar
vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından daha 15 min 900
manat çıxarmış və Bakı şəhərində fəaliyyət göstərən bir neçə
mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar
əldə etmişlər. Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta
özünün toy mərasimi üçün Bakı şəhərindəki restoranlardan birinin
müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin Zəkiyev vasitəsilə
paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş
etmişdir.
Mütəşəkkil dəstənin üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə
cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları
tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında
yaxalanmışlar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3-cü,
(mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz
daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və
177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan
vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1,
29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan
vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1 və
194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə
əldə edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə
cinayət işi başlanılmışdır. Rəhman Musayev, Elçin Abdullayev, Emin
Zəkiyev və Mikayıl Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb
olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilmişdir.
Mütəşəkkil dəstə tərəfindən bu illər ərzində törədilmiş qanunazidd
əməllərlə bağlı toplanmış materillar, eləcə də çoxlu sayda sübutlar
müxtəlif hüquqi və fiziki şəxslərə vurulmuş zərərin miqdarının yüz
dəfələrlə artıq olacağını ehtimal etməyə əsas verir. Cinayətin
digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri
əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Publika.Az
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir