Qırmızı.az
Bakı Beynəlxalq Avtovağzalda narkotik satarkən tutuldular
Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında külli miqdarda
narkotik vasitənin alışı-verişinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrükhüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin
əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı
Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı
minik avtomobilini idarə edən Məmmədov Nicat Elşən oğlu şərti alıcı
qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik
vasitələri təhvil verərkən saxlanılıb. Daha sonra əməliyyat
tədbirləri davam etdirilib, cinayətkar qrupun digər üzvləri -
Əhmədov Elşən Əhməd oğlu və Abdullayev Ramil İsgəndər oğlu
yaxalanıb.
Müvafiq araşdırma aparıldıqdan sonra sellofan torbaya hal
şahidlərinin iştirakı ilə baxış keçirilib və oradan şəffaf
polietilenə bükülüb, yapışqanlı lentlə sarınmış şəkildə spesifik
rəngə və qoxuya malik, ümumi çəkisi1 kiloqram 985 qram narkotik
vasitə - tiryək və ümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə
- həşiş qətranı aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO