Qırmızı.az
Bakıda Məscidə od vuran PKK-çılardan xəbər var
Qaraçuxur məscidini yandıran azərbaycanlı PKK simpatizanlarının istintaqı davam edir.
Axar.az-ın əldə etdiyi xəbərə görə, vəhhabilərin getdiyi məscidi yandıran Namiq Nəsibov və Elnur Ələkbərovdan əlavə dindirilənlər olub.
PKK-nın Bakıdakı “Yekbun” adlı qanadını təsis edən təşkilat üzvləri bir-bir istintaqa çağırılır, ifadəsi alınır. Mənbənin sözlərinə görə, “Yekbun”a bağlı başqa radikalların da həbsi istisna edilmir.
Demokratiya.info saytı isə yazıb ki, keçirilən əməliyyatda daha 7 nəfər saxlanılıb. Ancaq bu xəbər rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, aparılan əməliyyat-axtarış tədbirləri davam edir və PKK-nın Azərbaycanda olan digər tərəfdarlarının da zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Yada salaq ki, Bakıda Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək istəyiblər.
Onlar bu aksiyaları təşkil etməzdən əvvəl Qaraçuxur məscidini yandırmaq, diqqəti yayındırmaq planı cızıblar. “Yekbun”çular məscidi yandırmaqla ibadət evində İŞİD tərəfdarı olan qüvvələrin namaza gəldiyini nəzərə çatdırmaq istəyiblər.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Qaraçuxur məscidini yandıran Namiq Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
- See more at: http://axar.az/news/38207#sthash.vmjfK5ge.dpuf-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda