Paytaxtda daha bir qanunsuz ağac kəsimi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Paytaxtda daha bir qanunsuz ağac kəsimi - FOTOLAR

Paytaxtda daha bir qanunsuz ağac kəsimi faktı aşkarlanıb. Yasamal rayonunun Zərdabi küçəsində gecə saatlarında 6 ədəd ağac dibindən kəsilib. Kəsilmiş ağacların yerinə torpaq tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında hadisə barədə məlumatlı olduqlarını dedi:

“Bu barədə bizə ötən həftə məlumat daxil olub. Nazirliyin müvafiq şöbəsinin əməkdaşları həmin ərazidə olublar. Onlar 6 ağacın kəsilməsi faktını müəyyən ediblər. Araşdırma zamanı bəlli olub ki, ərazidə tikinti aparılmır. Ağacların nə məqsədlə kəsildiyi bəlli deyil. Çünki əməkdaşlar hadisə yerində olanda artıq ağaclar kəsilmişdi, kəsənlərin kimliyi isə məlum deyil. Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinə məlumat verilib. Həmin şəxslər axtarılır. Onlar tapılandan sonra cərimələnəcəklər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm