Qırmızı.az
Magistr və doktorantlara hərbi xidmətdən möhlət veriləcək
Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsində əksini tapıb.
Bundan əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa
Qasımlı Trend-ə bildirib ki, yeni hazırlanan “Elm haqqında” qanun
layihəsində elm və təhsil müəssisələrinin magistratura və
doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən
möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət
hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin
etməkdir.
M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad
edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin
şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: “Əgər tələbə
magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət
hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi
xidmətə çağırılır”.
Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməmışdı.
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?