Qırmızı.az
Polis gücləndirilmiş iş rejiminə keçir
Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə
bildiriblər ki, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın
5-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı
günlərində ictimai asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair
əmr imzalayıb.
Əmrə əsasən, bayram günlərində tədbirlərin keçirildiyi, o
cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə
ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı
qorunmasının təmin edilməsi məqsədilə 2014-cü il dekabrın 31-dən
2015-ci il yanvarın 5-dək Daxili İşlər Nazirliyinin tabe
qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin
şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.
Hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai
yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı
artırılacaq.
Qeyd edək ki, dekabrın 31-dən yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləridir.
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu