Qırmızı.az
Şeyx: “Heydər Əliyev mənə dedi ki...”
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda məscid açılışındakı çıxışında Heydər Əliyevlə bağlı xatirəsini danışıb. Musavat.com xəbər verir ki, Şeyxin nəql etdiyi hadisə 1995-ci ildə baş verib.
“Mən Heydər Əliyev həzrətləri ilə çox görüşlərdə olmuşam, söhbət etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu Yorkdan geri qayıdırdıq. Əlimdə “Quran” var idi, “Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev həzrətləri mənə dedi ki, “Quran”dan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir. Orada bir ayə var ki, Allah-Taala buyurur: “Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi”, - Allahşükür Paşazadə deyib.
Şeyx onu da əlavə edib ki, bir çox adamlar xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər:
“Azərbaycan bu gün həqiqətən də cənnətdir. Baxın, bütün müsəlman dövlətləri bir-birinə qarışıb, vuruşur, məzhəb ayrı-seçkiliyi mövcuddur. Bu gün heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi, xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə gəlib çıxış etsinlər. Bu, yalnız Azərbaycandadır. Çünki bu bünövrəni qoyan Heydər Əliyev həzrətləri olub. Heydər Əliyev həzrətləri bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir. Mən çox sevinirəm ki, İlham Əliyev həzrətləri də, onun ailəsi də bu gün bunu davam etdirir”.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü