Qırmızı.az
Azərbaycanlı oliqarxın vəziyyəti ağırlaşıb
Akif Sayadovun sağlamlığı təhlükə qarşısındadır.
Bu barədə Axar.az Komidə yaşayan azərbaycanlılar məlumat veriblər.
Mənbənin sözlərinə görə, Sayadovun səhhəti yaxşı deyil, oliqarx dərman və şəraitlə təmin edilmir. Həmçinin Sayadovun etdiyi şikayətlərə də baxılmır. Əksinə, soydaşımıza qarşı aqresiyanın artdığı, Sayadovun onu öldürmək istəmələri ilə bağlı yaydığı məktubdan sonra saxlanma şəraitinin daha da pisləşdiyi bildirilir.
63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.
Akif Sayadov bu il oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O, həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl, həmçinin müxtəlif şirkətlərlə “Uxtaneftqazgeologiya”nın bağladığı müqavilələri yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.
Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO