Qırmızı.az
Kriminal generalların ən böyük “sxodka”sı reallaşır
Rusiyanın paytaxtı Moskva şəhərinə MDB və Avropa dövlətlərindən
nüfuzlu “qanuni oğru”lar gəlməyə başlayıb. Onlar “kriminal
generalar”ın son illərdəki ən geniş miqyaslı “sxodka”sında iştirak
etməlidirlər.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, son günlər
ərzində Moskvaya onlarla nüfuzlu “qanuni oğru” gəlib. “Qanuni
oğru”lar arasında David Sebiskveradze (Dato) və Vaja Biqanışvili də
yer alıb. Dato uzun illərdir ki, Gürcüstanda yaşayır və son
zamanlar bir sıra Avropa ölkələrində mafiya işləri ilə məşğul olub.
Vaja Avropa və Qazaxıstanda yaşayır. Kriminal mühitdə böyük nüfuza
malikdir.
Bütün “qanunçu”lar yaxında keçirilməsi planlaşdırılan “sxodka”da
iştirak etməlidirlər. Mənbədən verilən məlumata görə, dəqiq tarix
hələ müəyyən edilməyib: “Lakin Yeni ilə qədər keçirilməsi
gözlənilir. Təbii ki, hüquq-mühafizə orqanları “sxodka”ya maneə
olmağa qərar verməsələr”.
Qeyd edək ki, “sxodka”nın keçirilməsini təşkil edən Rusiyanın bütün
mafiyalarının lideri Zaxari Kalaşovdur (Şakro “molodoy”).
“Sxodka”nı keçirməkdə Kalaşovun məqsədi öz çevrəsində böyük
konfliktləri həll etməkdir. Bütün məsələlər üzrə son qərar xüsusi
məktublar (“malyav”) şəklində rəsmiləşdiriləcək və azadlıqdan
məhrumetmə məntəqələrinə göndəriləcək. Məktubların altında kriminal
dünyanın 100-dən artıq nüfuzlu “qanuni oğru”sunun imzası olacağına
görə, bu qərarlar heç kimdə şübhə doğurmayacaq.
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ