Qırmızı.az
70 yeni peşə standartı layihəsi hazırlanıb
Bu il daha 70 yeni peşə standartının layihələri hazırlanıb.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN və Dünya Bankı “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tikinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir. Peşə standartları əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılmasına, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilinə xidmət edir.
Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın
ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların
istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək
peşə standartının hazırlanması nəzərdə tutulur.
Gülnar
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!