21 nəfər dəm qazından zəhərləndi
Bizi izləyin

Qırmızı.az

21 nəfər dəm qazından zəhərləndi

Ötən gün ərzində 21 nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlərin 16-nın vəziyyəti ağır olduğuna görə, xəstəxanaya yerləşdirilib. 5 nəfərə isə evdə yardım göstərilib.

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.

Z.Vahidovanın sözlərinə görə, bayram günü ümumilikdə 1860 nəfər təcili yardıma müraciət edib. Ötən ildən fərqli olaraq bu il müraciətlərin sayı adi günlərlə müqayisədə az olub.

Ötən il 31 dekabrda 2300 müraciət olmuşdu. Lakin bu il müraciətlərdə ciddi artım qeydə alınmayıb. Belə ki, adi günlərdə təcili yardıma orta hesabla 1600 müraciət daxil olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm