Qırmızı.az
İstehlaka yararsız 870 kq-a yaxın ərzaq məhsulu məhv edilib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.a-a verilən məlumata görə, Bakının Binəqədi, Yasamal, Nizami rayonlarında, Sumqayıt, Şirvan, Şəki, Zaqatala, Göyçay, İsmayıllı, Masallı, Sabirabad, Ağstafa, Qusar, Tərtər, Ağsu şəhərlərində, Abşeron, Tovuz, Goranboy, Xaçmaz rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 870 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI