Sosial
Biləsuvarda qaydaları pozanlar cəzalandırıldı
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 19 nəfər barəsində inzibati protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları ilə bağlı 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə qanuna müvafiq tədbir görülüb.
-
Region14:16
Putin göstəriş verib, iki təyyarə havaya qalxıb: Birinci təyyarə Təbrizə yaxınlaşanda...
-
İdman13:41
Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR
-
Region12:17
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək
-
Region11:38
Dairə daraldı: Rəisinin varisinin kim olacağı açıqlandı
-
Nida Xəbər 11:06
Bakıda İran bayrağı endirildi - Foto
-
İdman10:11
Dünyanın ən seksual idmançısı açıq geyimi ilə pərəstişkarlarını heyran etdi - FOTOLAR
-
Region09:54
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır - VİDEO
-
Elm və təhsil09:12
Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...