Azərbaycanlı körpə İranda girov götürüldü – ŞOK FAKTLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı körpə İranda girov götürüldü – ŞOK FAKTLAR

Müalicə olunmaq üçün İranda fəaliyyət göstərən xəstəxanalardan birinə gedən azərbaycanlı ailəsinin və qohumlarının sənədləri girov götürülüb.

Bu barədə Publika.az-a ailənin yaxın şəxslərindən biri məlumat verib.

Məlumata görə, Bakının Nardaran qəsəbəsində yaşayan ailə (etik səbəblərdən adlarını çəkmirik) uzun müddət övladlarının olmaması ilə əlaqədar müalicə məqsədilə İran İslam Respublikasına səfər edib. Alınan müalicələr uğurlu olub və nəticədə ailənin xanımı hamiləlik yaşayıb. Hamiləliyin yeddinci ayında növbəti müayinə məqsədilə İranın Ərdəbil şəhərinə səfər zamanı problemlər yaşanıb. Ailənin xanımı yaranmış vəziyyətə görə, Ərdəbil ostanlığının Meşkin şəhərində təcili müayinə olunub, sonra isə Ərdəbil şəhərinin “Bu-Əli” özəl xəstəxanasında vaxtından əvvəl hamiləlikdən azad edilib.

Uşaq xəstəxanada vaxtından tez anadan olub (yeddinci ayında) və uşaqlar üçün nəzərdə tutulan barokameraya yerləşdirilib, nəticədə isə vəziyyəti yaxşılaşıb. Bundan sonra isə ailənin bəlaları başlayıb.

Sözügedən xəstəxana etdiyi xidmətə görə ailə başçısından 22 min manat pul ödəməyi tələb edib. O isə belə bir məbləğin onda olmadığını bildirib.

Təyin olunmuş müalicə pulunu ödəyə bilmədiyinə görə, hazırda uşaq xəstəxanadan buraxılmır. Bu azmış kimi, xəstəxana rəhbərliyinin müraciəti əsasında İranın aidiyyəti orqanlarının əməkdaşları tərəfindən ailənin qohumlarının pasportları əllərindən alınıb.

Hazırda ailə üzvləri xəstəxana xərclərinin ödənilməsi üçün Nardaran qəsəbəsində maliyyə dəstəyi axtarırlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm