Sığortaolunanların sayı artıb
Bizi izləyin

Qırmızı.az

Sığortaolunanların sayı artıb

2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 284 961 sığortaolunana fərdi şəxsi hesab açılıb. 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 10,6 faiz artıb.

Bu barədə Publika.az-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 976 318 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,01 faizi (1 758 006 nəfər) kişi, 40,99 faizi (1 218312 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,6 faizini (733 871 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,8 faizini (708 450 nəfər) 30-40 yaş aralığında olan şəxslər, 21,4 faizini (636 805 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 20,3 faizini (604 787 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 9,9 faizini (292 405 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm