Qırmızı.az
Rusiyada azərbaycanlı komandirə qarşı hörmətsizlik
Yalta şəhərində 1944-cü ildə Yaltanı faşistlərdən xilas
edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə
lövhəsinin olduğu park dağıdılıb.
Publika.az-ın məlumatına görə, bu barədə
anspress-ə Yaltada yaşayan azərbaycanlılar məlumat verib.
Bildirilir ki, parkda dağıntı işləri bir neçə gündür ki, davam
edir. Park yerlə bir edilib, Cəlil Nəcəfovun xatirə lövhəsi
dağıdılıb. Parkın yerində hündürmərtəbəli binanın tikiləcəyi
deyilir.
Burada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Lakin
bu, heç bir nəticə verməyib. Onlar Azərbaycan diasporunun məsələyə
qarışmasını tələb edirlər.
Qeyd edək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.
-
Hadisə08:37
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Hadisə08:10
Sumqayıtda PARTLAYIŞ oldu: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq