Qırmızı.az
Hava yenə də soyuyacaq, sulu qar və qar yağacaq
Yanvarın 16-sı axşamdan başlayaraq Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur ötən günlərlə müqayisədə nisbətən enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 17-si və 18-də əsasən dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bakıda əsasən yanvarın 17-də havanın yağıntılı olacağı gözlənilir.
Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif
duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5
dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər
ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara
zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq
yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.
-
Avropa04:20
Zelenskidən Fitsonun görüş təklifinə CAVAB
-
Kriminal03:45
AMAY Abdulla yenə məhkəməyə verildi
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?