Qırmızı.az
Nazir Bakı polisini başına topladı
Ötən il Bakıda təqsirləndirilən şəxs qismində axtarışda olanların 73%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7%-i tutulub. Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov yanvarın 23-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
Müşavirədə hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edən M.Seyidov qeyd edib ki, hesabat dövründə Bakı şəhərində qeydə alınmış 11 635 cinayətin 84,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3,4%, adam öldürməyə cəhdlər 31,8%, zorlamalar 2,1 dəfə, adam oğurluğu faktları 6 dəfə azalıb, qəsdən sağlamlığa ağır zərər vurmalar sabit qalıb.
Cinayətlərin 71,7%-nin, ağır növlərinin 75%-nin, qeyri-aşkar şəraitdə baş verənlərin 59%-nin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1914 cinayətdən 92%-i, o cümlədən qəsdən adam öldürmələrin 91,3%-i, adam öldürməyə cəhdlərin hamısı açılıb.
Müqayisə edilən dövrə nisbətdə adam oğurluqlarının açılması 30%; mənzillərdən edilən oğurluqların açılması 5,5%; avtonəqliyyat oğurluqlarının açılması 18,4%; soyğunçuluqların açılması 8,7%; zorlamaların açılması 13,1%; qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 2,9%; xuliqanlıqların açılması 2,2%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,5% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub, Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin əməkdaşları tərəfindən 2734 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 47 bağlı cinayət açılıb.
1414 fakt üzrə qanunsuz dövriyyədən 230 kiloqram narkotik vasitə çıxarılıb. Hesabat dövründə 81 odlu silah, o cümlədən 36 avtomat, 18 tapança, 23 tüfəng, 1 qumbaratan, 3 pulemyot, 101 qumbara, 6 mərmi, 5195 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə 31 odlu silah götürülüb.
Müşavirəyə yekun vuran nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
O, ötən ilin sonlarında Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanıldığını, nəticələrinin naziryanı əməliyyat müşavirəsində müzakirə olunaraq qarşıda duran vəzifələrin müəyyən edildiyini, aşkarlanmış nöqsanların planlı surətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.
Xüsusilə qeyd olunub ki, bu gün öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.
Vazeh
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO