Qırmızı.az
Penitensiar xidmətin tabe qurumlarında yanğın təhlükəsizliyi ilə bağlı təlimlər - FOTOLAR
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılması üzrə tədbirlər davam etdirilir.
Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Penitensiar xidmətin Mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan təlimlərdə şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsi zamanı davranışı, həyata keçiriləcək təhlükəsizlik tədbirləri izah olunur, xüsusi vasitələrdən istifadə qaydaları aşılanır.
Növbəti belə tədbirlər 1,6,10,15 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir. Təlimlərdə Penitensiar xidmətin Mühafizə texnikası şöbəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin rəhbərliyi, şəxsi heyətin və xüsusi kontingentin üzvləri iştirak ediblər.
Keçirilən təlimlərdə YTQ-nın normalarına düzgün riayət edilməsi, müvafiq texniki vasitələr haqqında geniş məlumat verilmiş, istifadə qaydaları nümayiş etdirilmiş, müəssisələrdə fəaliyyət göstərən könüllü yanğından mühafizə dəstələrinin fövqəladə hallar zamanı hərəkətləri, yanğınsöndürən avtomobillərdən istifadə olunma qaydaları və xüsusi kontingentin təxliyəsi məşq etdirilib.
Təlimlərdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqaməti ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Penitensiar müəssisələrdə mülki müdafiə işinin təşkili ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tikililərin yanğından mühafizəsinin təmin edilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin daim nəzarətdə saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun tələbləri bir daha məsul əməkdaşların nəzərinə çatdırıb.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım