Qırmızı.az
"Cəbhə xəttində ermənilər özləri öz əsgərlərini güllələyib"
“Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əldə olunan son məlumatlara əsasən işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib: “Digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır”.
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO