"Sevgililər günü" sevgililər qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

"Sevgililər günü" sevgililər qəzaya düşdü

Bu gün saat 17 radələrində Şəki rayonu ərazisində yol-qəza hadisəsi baş verib.

Bu gün saat 17 radələrində Şəki rayonu ərazisində yol-qəza hadisəsi baş verib.

Şəki-Qax-Göynük yolunda sürücü 1993-cü il təvəllüdlü Abdullayev Allahverdi Xalid oğlu idarə etdiyi 50-CH-858 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobildə idaretməni itirərək yoldan çıxıb və çuxura düşüb.

Qəza zamanı sürücü ilə yanaşı, avtomobildə olan 1996-cı il təvəllüdlü nişanlısı Səmədova Arzu Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hal-hazırda Səmədova Arzu Murad qızının vəziyyətinin kafi olduğu bildirilib.

Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm