Qırmızı.az
Bu gün günəşli hava şəraiti höküm sürəcək - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 2-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°,
gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa
enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz olacaq. Şərq küləyi 3-8 m/s.
Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 8-13°
isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq.
Temperaturun gecə 0-3° şaxta, gündüz 4-9° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə
duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti,
dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2°
şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 2-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, az yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 4-7°, gündüz 7-12° isti, dağlarda gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO