Qırmızı.az
On üç il həbsdə yatmış kişi: “Arvadım məni təhqir edirdi”
Ağdaş rayon sakini, 1970-ci il təvəllüdlü Əli Əliyev qeyri-rəsmi həyat yoldaşı Roza Fərhadovanı qətlə yetirib. Qətl hadisəsi ötən ilin iyulun 8-də Ağdaş şəhərində baş verib.
Qətl hadisəsinin baş verməsinə səbəb Roza Fərhadovanın 13 il həbs həyatı yaşamış Əli Əliyevin paltarlarını, yorğan-döşəyini yandırması olub. Həmin gün Rozanın bacısı Aişə Fərhadova onlara qonaq gəlib.
İyulun 8-də iki bacı birləşərək Əli Əliyevin yorğan-döşəyini yandırıblar. İki bacının bu hərəkətini Əli görüb və əsəbiləşərək onlara yaxınlaşıb. Əli yorğan-döşəyinin yandırılması, paltarlarının kolluğa atılmasının səbəbini Rozadan soruşub. Roza isə onunla danışmaq istəmədiyini bildirib. Bundan daha da əsəbiləşən Əli Əliyev bıçaqla Rozaya bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Roza bacısının və ətrafda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Rozanın həyatını xilas etmək mümkün olub. Əli iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib.
"Qəbiristanlığın yanından keçərkən Roza və bacısı Aişəni gördüm"
Publika.az xəbər verir ki, Əli Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Əli Əliyev bildirib ki, 2003-cü ildə Ağdaş rayon sakini Roza Fərhadova ilə ailə həyatı qurub: "Lakin bizim rəsmi nikahımız olmayıb. İyulun 8-də, saat 03-04 radələrində Qazaxdan Ağdaşda yerləşən evimə gəldim. Evin qapısında qıfıl olduğunu gördüm və darvazanın içərisində olan kiçik qapını qıraraq evə girdim. Evə daxil olduğum zaman otaqdakı yataq dəstinin yandırıldığını, paltarlarımın isə kolluqda çantanın içərisində olduğunu gördüm. Bu səbəbdən Rozaya əsəbiləşdim. Lakin gecə olduğuna görə otaqdakı çarpayını düzəldərək orada yatdım. Həmin gün saat 08 radələrində yuxudan qalxaraq şəhərə getmək üçün evdən çıxdım. Tanımadığım taksiyə əyləşdim. Qəbiristanlığın yanından keçərkən təsadüfən Roza və bacısı Aişəni gördüm".
"Məni təhqir etdi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, taksi sürücüsünə avtomobili saxlamasını söyləyib: "Maşından düşmədən Rozaya bildirdim ki, səninlə söhbət etmək istəyirəm, gözlə. Lakin Aişə "qoy cəhənnəm olsun, biz gedək" deyə cavab verdi. Rozadan nə üçün paltarlarımı çölə atmasını soruşdum. Roza nalayiq ifadələrlə məni təhqir etdi".
"Dedim ki, qardaşın mənə borcludu"
Əli Əliyev qeyd edib ki, taksi sürücüsü aralarındakı mübahisəyə son qoymaq istəyib. Sürücünün istəyi ilə oradan ayrılıb və evinə gəlib: "Maşından düşərək əlimdəki paketi qapıdan içəri tulladım və yenidən maşına əyləşdim. Sürücüyə məni köhnə xəstəxananın yanındakı dayanacağa aparmasını söylədim. Dayanacağa çatdığım zaman Roza bacısı Aişə ilə birlikdə aptekin yanındakı dayanacaqda idi. Taksidən düşərək onların yanına gəldim. Rozaya sözüm olduğunu bildirdim. Roza isə mənim söyüb təhqir etdi. Həmin vaxt Rozaya qardaşı Cabbarın mənə borcu olduğunu, nə üçün Cabbarın telefonlarıma cavab vermədiyini soruşdum. Roza da bunun səbəbini bilmədiyini söylədi".
"Məqsədim Rozanı cəzalandırmaq olub"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt avtobus gəldiyi üçün Roza və bacısı avtobusa minib, oradan bir az uzaqlaşıblar.
"Mən isə kənara çəkilərək siqaret çəkməyə başladım. Həmin vaxt Roza və bacısı avtobusdan düşərək yaxınlıqda olan taksiyə əyləşdilər. Rozanın mindiyi avtomobilə yaxınlaşaraq avtomobilin arxa qapısını açdım. Rozaya dedim ki, maşından düş, piyada gedək, sənə sözüm var. Roza məni təhqir etməyə başladı. Bu zaman maşının qapısını açaraq Rozanın qolundan tutdum və şalvarımın cibində olan bıçağı çıxardaraq ona zərbələr vurdum. Həmin vaxt Rozanın bacısı Aişə mənə mane olmaq istəyib. Rozanı öldürmək məqsədim olmayıb. Həmin vaxt Rozanı öldürmək imkanım olub. Məqsədim Rozanı cəzalandırmaq olub. Rozanı vurduqdan sonra birbaşa rayon polis şöbəsinə gedərək könüllü təslim olmuşam".
"Sən ölməlisən" deyərək bıçaq zərbələrini daha da artırdı"
Zərərçəkmiş Roza Fərhadova təqsirləndirilən şəxsdən fərqli ifadə verib. O qeyd edib ki, Əli ilə rəsmi nikah bağlamadan ailə həyatı qurub. Onların hazırda iki azyaşlı övladları var: "Birgə yaşadığım müddətdə Əli həmişə məni döyüb, incidib. İyulun 8-də, saat 09:00 radələrində bazara getmək üçün bacım Aişə ilə birlikdə evdən çıxdım və piyada köhnə xəstəxananın yanındakı dayanacağa gəldiyimiz zaman yolda Əli təsadüfən maşınla qarşımıza çıxdı. Əli qardaşım Cabbara zəng etdiyini və nə üçün onun telefona cavab vermədiyini soruşdu. Əliyə cavab vermədən Aişə ilə birlikdə oradan uzaqlaşdıq və avtobus dayanacağına tərəf getdik. Dayanacaqda marşrut gözləyən zaman Əli taksi ilə ora gəldi. Bu zaman marşrut avtobusu gəldi, biz avtobusa əyləşdik. Əli avtobusdan düşməyimi, mənimlə işi olduğunu bildirdi. Ona məndən əl çəkməsini dedim. Həmin vaxt Aişə qardaşım Cabbara zəng edərək Əlinin yanımızda olmasını xəbər verdi. Cabbar da taksi ilə evə qayıtmağımızı söylədi. Biz də avtobusdan düşərək dayanacaqda dayanmış taksiyə tərəf getdik. Maşına əyləşərək qapısını bağlamaq istədiyim zaman Əli yaxınlaşdı. Əli saçımdan yapışaraq məni çölə çıxardı və bıçaqla xəsarət yetirdi. "Sən ölməlisən" deyərək bıçaq zərbələrini daha da artırdı. Aişə maşından düşüb, ona mane olmaq istədi, lakin Əlini saxlaya bilmədi. Onun vurduğu zərbələrin təsirindən halsızlaşmışdım və özümdən getdim. Özümə gəldikdən sonra isə Ağdaş rayon xəstəxanasında olduğumu bildim".
Məhkəmənin hökmü ilə Əli Əliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı