Qırmızı.az
Konstitusiya Məhkəməsi Ailə Məcəlləsinə şərh verdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olub.
Publika.az xəbər verir ki, iclasda Ailə Məcəlləsinin 80-ci və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın
məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını,
ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Ailə Məcəlləsinin 80-ci və 81-ci
maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına
çatmış övladın bu və ya digər xəstəlik, yaxud ondan yaranan
qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi
əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını
tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda”
müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan
yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi
xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan
tibbi xidmətləri ehtiva edir.
Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO