Qırmızı.az
Yer kürəsi fırlanırmı? - Qamət "yox", Hacı Şahin "hə" deyir
Səudiyyə Ərəbistanından olan dini rəhbər Şeyx Bəndər Əl Hayberin Yer kürəsinin fırlanması ilə bağlı sensasiyalı açıqlaması şok effekti yaradıb.
Publika.az azərbaycanlı din xadimlərinin bu məsələ ilə bağlı münasibətini öyrənib.
Sələfilərin lideri Qamət Süleymanov da onun dediklərini təsdiq edib: “Bu rəydir, bunu nəinki müsəlman alimləri, ola bilər ki, qərb alimləri də desinlər. Allahın kitabı “Qurani-Kərim”də Yerin fırlanmasıyla bağlı belə bir şey yoxdur”.
Q. Süleymanov bununla bağlı daha geniş araşdırmanı konkret ayələrlə yaxın günlərdə verəcəyini bildirib.
İlahiyyatçı Hacı Şahin Həsənli isə Yerin hərəkətdə olmasını inkar etməyi gülünc hərəkət adlandırıb: “Yerin hərəkətdə olması haqqında “Qurani-Kərim”də işarələr var. Elmin qəti şəkildə təsdiq etdiyi hər hansı elmi qaydanı din heç vaxt inkar edə bilməz. Yerin öz oxu ətrafında fırlanması artıq qəti şəkildə sübut olunub və onu inkar eləmək gülünc məsələdir. Belə sadə elmi məsələni din adından inkar eləmək yolverilməzdir”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan dini rəhbər Şeyx Bəndər Əl Hayber Yer kürəsinin fırlanmasına inanmadığını bildirib. O, fikrini belə izah edib: “Dünya sabitdir. Hərəkət etmir. Deyək ki, təyyarə ilə Serce hava limanından Çinə doğru gedirik. Dünyanın hərəkətdə olduğunu deyirsiz? Yaxşı, indi diqqətinizi mənə verin. Bu (su butulkasını göstərir) dünyadır. Əgər dünya dönürsə, təyyarə havada olanda Çin təyyarəyə doğru gəlməli deyil? Doğrudur, yoxsa səhv? Əgər dünya əks istiqamətdə fırlansaydı, bu dəfə də təyyarə heç vaxt Çinə çata bilməzdi. Çünki Çin də təyyarə kimi hərəkət etmiş olacaqdı”. İmamın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO