Qırmızı.az
Elçin Quliyev Misirdə səfərdə olub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
fevralın 17-20-də Misirdə səfərdə olub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası
Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri
general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd
İbrahim, hərbi sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd
Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə
görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf
etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin
müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki
istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən
keçirilib.
Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər müddətində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var