Qırmızı.az
Yanacaqdoldurma məntəqəsində qətl - Astarada
Astara rayonunda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə fevralın 22-də saat 05.00-də
rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma
məntəqəsində qeydə alınıb.
Naməlum şəxs həmin məntəqənin operatoru işləyən Ərçivan qəsəbə
sakini, 52 yaşlı İltifat Höccət oğlu Quliyevə çoxsaylı bıçaq
zərbələri vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb
olunublar.
İ. Quliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza
və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə
olunduqdan sonra ailəsinə təhvil verilib.
Hazırda qətl hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb,
araşdırma aparılır.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO