Sabah bu yollar bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu yollar bağlı olacaq

Bakıda Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin nəzərinə çatdırır ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbirin səhər saat 7:00-dan başlanılmasını nəzərə alaraq, tədbir tam başa çatana qədər Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Fəzail Bayramov, Sergey Senyuşkin, Ayaz İsmaylov, Sabit Orucov, Natiq Əliyev, İzzət Orucov, Süleyman Vəzirov və Mehdi Mehdizadə küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.

Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm