Qırmızı.az
Bakı məktəbində uçqun - VİDEO
Xətai rayonundakı məhəllələrdən birində divarlar torpaq
qatına tab gətirməyərək uçub. Dağıntılar yola tökülüb. Sakinlərin
istifadə etdiyi yeganə yol da keçilməz vəziyyətə
düşüb.
ANS TV-nin məlumatına görə, Bakının Xətai rayonu, Gəncə
prospekti, 191 saylı məktəbin yaxınlığındakı istinad divarları
uçub. Buna görə də sakinlər və məktəblilər təşvişə düşüb.
Dediklərinə görə, onların istifadə etdiyi yeganə yol
buradır.
Sakinlərin dediyinə görə, yağan yağış suları nətəcəsində məktəbə
yaxın ərazidə istinad divarları uçub. Buna görə də şagird və
valideyinlər yol bağlandığından təhlükəli ərazidən keçmək
məcburiyyətində qalır.
Sakinlər uçqunun səbəbini torpaq sürüşməsilə əlaqələndirirlər.
Deyirlər ki, xoşbəxtlikdən, uçqun zamanı burdan keçən olmayıb.
Hadisə gecə saatlarında baş verib. Ərazidə olan iri beton
hissəcikləri aşağıya doğru uçub. Amma bu hadisə davamlı baş verir.
Bütün bunlar müsahiblərimin sözləridir. Onların dediyinə görə, bir
azdan məktəbin divarları da uçacaq. Bununla bağlı aidiyyatı
qurumlara da dəfələrlə müraciət edilib.
“İstinad divarları yaxınlığında qaz xətti vardı. Xoşbəxtlikdən,
uçqun zamanı qaz xətti zədələnmədi. Əgər qaz xətti zədələnsəydi, o
zaman ərazidə güclü partlayış və yanğın baş verərdi”, – deyə sakin
Gülağa Mehdiyev bildirib.
Məktəbin yuxarı hissəsində hün,dürmərtəbili binalar inşa edilib.
Həmin binaların kanalizasiya sistemi olmadığına görə, su hara gəldi
axıdılır. Nəticədə torpaq qatı boşalır və uçqun baş verir”, – deyə
sakin Rasim Ağayev qeyd edib.
Baş verən hadisə ilə bağlı Ekologiya və Təbbi Sərvətlər
Nazirliyindən bildirdilər ki, əraziyə baxış keçirilib. Və orda
torpaq sürüşməsi faktı qeydə alınmayıb. Sadəcə uçqun hadisəsi baş
verib. Aidiyyəti qurumlara da qeydə alınan faktlarla bağlı məlumat
verilib.
Xətai Rayon İcra Hakimiyyətindən isə verilən məlumata görə,
əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib və
rəy də tərtib edilib. Rəy isə Nazirlər Kabinetinə təqdim edilib.
Bununla da problem tezliklə həll olunacaq.
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB24 May 14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"





















.jpg)










