Qırmızı.az
Əməliyyat zamanı ölən qızla bağlı cinayət işi açıldı (YENİLƏNİB)
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinkasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, dünən Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.
Trend “StarMed” klinikasında burnunu əməliyyat etdirmək istəyən
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla
Namiq qızının ölümü ilə bağlı yeni faktlar əldə edib.
Əldə edilən məlumata görə, L.Mürsəlova ürək çatışmazlığından
əziyyət çəkib. L.Mürsəlovanın valideynləri əməliyyatdan əvvəl
qızlarının səhhətindəki bu problem barədə tibbi heyəti
məlumatlandırıb. Lakin buna baxmayaraq, qıza əməliyyat olunmaq üçün
narkoz vurulub. Nəticədə də o, dünyasını dəyişib.
Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, ürək çatışmazlığı zamanı narkozdan ölüm halının baş vermə riski böyük ola bilər. Bunun baş verməməsi üçün də həkim-mütəxəssis seçim apararaq belə hallarda tətbiq edilən anesteziya metodunu müəyyənləşdirməlidir. Bu zaman xəstədə ürək çatışmazlığının ağırlıq və inkişaf dərəcəsi də nəzərə alınmalıdır.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi