Qırmızı.az
TİKA tərəfindən Tanzaniyada səhiyyə əməliyyatlarına başlanıb
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığının (TİKA) təşkilatçılığıilə Tanzaniyada müştərək Azərbaycan-Türkiyə İşbirliyi Proqramı (TATİP) başlanıb.
Publika.az-ın məlumatına görə, TİKA, Azərbaycan Gəncliyə Yardım Fondu və dünya səviyyəsində səhiyyə layihələri ilə tanınan Yerüzü Doktorlarıə məkdaşlığında həyata keçirilən fəaliyyət çərçivəsində Türkiyəvə Azərbaycandan iştirak edən həkimlər və layihə heyəti Tanzaniyanın faktiki paytaxtı Darüssəlam şəhərinə gəliblər. Tanzaniya Rehama Fondu ilə birlikdə yüzə yaxın katarakta xəstəsini əməliyyat etmək və ehtiyacı olan yüzlərlə şəxsin göz müayinəsini aparmaq üçün buraya gələn heyəti Tanzaniyalı uşaqlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə sevinc və sevgi ilə qarşılayıblar. Proqram çərçivəsində ilk olaraq Darüssəlamda, inşaatına daha əvvəl başlanılan və Azərbaycanın mühim tarixi şəxsiyyətlərindən Seyid Yəhya Şirvani-nin adına qazdırılan su quyusunun açılış mərasimi keçirilib. Bunun davamı olaraq, TATİP Proqramı çərçivəsində Tanzaniyanın faktiki paytaxtı Darüssəlam şəhərinin Mukuranqarayonuna gələn həkimlər və layihə heyəti burada da böyük sevinç ilə qarşılanıblar. Mukuranqa Xəstəxanasının baxçasında açılış proqramı keçirildi. Tanzaniyanın keçmiş Prezidenti Ali Hasan Mwinyi, Türkiyə Respublikasının Tanzaniyadakı Səfiri Ali Davutoğlu və TİKA-nın Orta Asiya və Qafqaz Ölkələri Departamentinin RəhbəriDr. Ali Özgün Öztürkün iştirakı ilə keçirilən açılış proqramında Mukuran garayonunun rəhbər şəxsləri və yerli əhali iştirak ediblər. Əllərindəki Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıraraq sevinc hisslərini bildirən xəstələr və xəstələrin yaxınları minnətdarlıqlarını ifadə ediblər.
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir