Qırmızı.az
DİN neftçilərə vəsiqə payladı
Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2015-ci ilin mart ayı ərzində Bakı şəhərinin və ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, belə ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ RPİ, Pirallahı RPŞ-nin, həmçinin Şabran, Sabirabad, Qobustan və Hacıqabul RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutmuş analoji tədbirlərlə adları çəkilən bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-büluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.
Paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.
Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO