Qırmızı.az
Əcnəbi jurnalistlərin Azərbaycanda akkreditəsi qaydaları təsdiq edildi
Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”nı təsdiq edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sənəddə xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətlərə baxılması qaydaları və akkreditənin ləğv edilməsi ilə bağlı qaydalar öz əksini tapıb.
Qaydalara əsasən, xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı verilir. Akkreditə kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. Akkreditə olunmuş xarici KİV nümayəndələri akkreditə kartını XİN-dən şəxsən təhvil alırlar.
Akkreditasiyanın ləğv edilməsi ilə bağlı qaydalarında isə göstərilir ki, akkreditə olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditə qaydaları pozulduqda, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditəsi ləğv edilir.
Xarici KİV nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditə kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditə ləğv edildikdə akkreditə kartı XİN-ə təhvil verilir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi