Qırmızı.az
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub - FOTO/VİDEO
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.
Sonra Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq
fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını
komandirlərə təqdim edib.
Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant
Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı
tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi
minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Müdafiə naziri general-polkovnik
Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib:
"Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu
münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi
hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş
bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün
torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan
Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!
Bu gün Silahlı Qüvvələrimiz Möhtərəm Ali Baş Komandanımızın
rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq
düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli
cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi
heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib
çıxarır.
Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər
və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin
uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir.
Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər
yaradır.
Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad
edəcəyik. Möhtərəm cənab Prezident xüsusi qeyd etmişdir: "Biz heç
zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni
dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama,
Füzuliyə gəlməsin.Yoxsa nəticəsi bundan da ağır olacaqdır".
Bu gün mən sizin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək
qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün
vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə
yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə
uğurlar arzulayıram".
Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü