Qırmızı.az
"Generalın öz oğlunu tutdurması..."
“İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi general Şərif Əsədullayevin öz doğma oğlu Tamerlan Əsədullayevi həbs etdirməsi bir məmurun bəzilərinə nümunə sayıla biləcək addımıdır”.
Bu sözləri millət vəkili Çingiz Qənizadə Ş.Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsinə münasibət bildirərkən Axar.az-a deyib. Onun sözlərinə görə, Tamerlanın həbsini Şərif Əsədullayev özü xahiş edib:
“Tamerlan Əsədullayev restoranlardan birində baş verən davanın iştirakçısına çevrilib. Şərif isə onun xuliqanlıq hərəkətini həm illərdir hüquq-mühafizə orqanlarında çalışan biri, həm də ata kimi qəbul etməyib. Adətən bu cür hallarda bəzi məmur atalar övladlarını məsuliyyətdən yayındırmaq üçün xahişlər edirlər, Şərif isə övladını həbs etdirmək üçün xahiş edib. Bu, həm də ictimaiyyətə bir mesajdır, bir generalın qanunsuzluğa qarşı münasibətinin bariz nümunəsidir”.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatında Tamerlan Əsədullayevin Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş saldığı əksini tapıb.
Restoranda işləyən ofisiantın bıçaqlandığı davaya görə Yasamal
rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin
126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü
(xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, Şərif Əsədullayev Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin yeznəsidir. T.Əsədullayevin anası Nargilə xanım dünyasını dəyişib.
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər