Qırmızı.az
Metropolitendən Rəsulzadənin büstü ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bakı Metropoliten”nin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş Məmmədəmin Rəsulzadənin büstü götürülüb.
“Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında stansiya ərazisində aparılan təmir işləri ilə əlaqədar olaraq büstün götürüldüyü bildirib.
“Həmin büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşmüşdü. Uzun müddətdir ki, depo ərazisində təmir aparılır. Həmin işlər çərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yarasız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı”.
N.Paşayev onu da bildirdi ki, təmir işləri tam başa çatandan sonra yeni büstün hazırlanıb ora yerləşdirilməsi hələ ki planda yoxdur.
Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstünün götürülməsi barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.
“Məmmədəmin Rəsulzadənin 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb”,- deyə millət vəkili bildirib.
Gülxar
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı