Qırmızı.az
Cərimələrin ödənişi sadələşdirilir
Azərbacan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” Bakının ictimai yerlərində ödəniş terminallarını quraşdırmağa başlayıb.
Bu barədə Publika.az-a "ASAN xidmət"dən məlumat verilib.
Artıq belə terminal paytaxtın iri ticarət-əyləncə komplekslərinin birində quraşdırılıb. Perspektivdə bütün Azərbaycan üzrə terminal şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Hazırda vətəndaşlar terminallar vasitəsilə yol-hərəkət qaydalarının (YHQ) pozulmasına görə cəriməni ödəyə bilərlər. Qurğu nağd vəsaitlərin qəbulu üçün slotlarla təchiz edilib.
Cəriməni ödəmək üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır.
Hazırda terminallar "ASAN xidmət"in Bakının Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən bəzi mərkəzlərində quraşdırılıb.
Bundan başqa, vətəndaşlar hazırda bank kartlarından istifadə etməklə "ASAN Ödəniş" (asanpay.az) portalının köməkliyilə ödənişlər həyat keçirə bilirlər.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?