Qırmızı.az
Qusarda müəllimlərə xizək sürmək öyrədirlər
Qusarlı şagird və müəllimlər üçün xizəksürmə təlimləri keçirilib. “Bu şagirdlər bizim gələcək müştərilərimiz və işçilərimizdir” – devizi altında keçirilən xizəksürmə üzrə beynəlxalq dərəcəli təlimçinin apardığı dərslərdə ilkin təhlükəsizlik qaydaları, avadanlıqlardan istifadə, xizəksürmə vərdişləri və texnikaları öyrədilib.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarını əhatə edən 3 aylıq təlimlərdə ümumilikdə 800 nəfərədək 10-16 yaşlarında olan şagirdlər və məktəb müəllimləri iştirak edib.
Təlimlərin əsas məqsədi ölkəmizin ilk qış turizm mərkəzi olan Şahdağ Turizm Mərkəzinin ilk növbədə yerli sakinlərin rifahına xidmət etməsi və qış idman növlərini daha mükəmməl mənimsəmələrinə çalışmaqdır.
İlkin təlimlərdən sonra şagirdlər Şahdağ Turizm Mərkəzində yarım günlük təlim sessiyasına qatılıblar. Mərkəzdə keçirilən təlim sessiyası 12 qrupda birləşən 250 şagirdi və müəllimi əhatə edib.
Gələcəkdə Azərbaycanın digər rayonlarından olan məktəblilər üçün də xizəksürmə təlimlərinin keçirilməsi planlaşdırılıb.
2012-ci ildən yerli vətəndaşların və əcnəbi turistlərin istifadəsinə verilən Şahdağ Turizm Mərkəzi başlıca olaraq, qış mövsümündə xizəksürmə ilə diqqətdə olsa da, yay mövsümündə də Azərbaycan təbiətinin gözəlliyi və Mərkəzdə təqdim olunan müxtəlif əyləncə növləri ilə turistləri cəlb edir.
Gülnar
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...