Qırmızı.az
SOS siqnalı:" Sulu qəlyanda xərçəng təhlükəsi"
"Azərbaycanda qəlyan çəkənlərin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb ola bilər. Mən gəncləri, əhalini qəlyan təklif edən iaşə obyektlərinin cəlbedici elanlarına aldanmamağa çağırıram”. Bu sözləri Movqe.az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov söyləyib.
E. Məmmədbəyov bildirib ki, insanlar bəzən qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də əslində mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin belə yaranmasına gətirib çıxarda bilər. Movqe.az-ın əməkdaşı qəlyanın fəsadları ilə bağlı pulmonoloqla söhbətləşib. Pulmonoloq Aydın Məmmədov deyir ki, uzun müddət qəlyandan istifadə olunması sonda ağciyər xəstəliyinə gətirib çıxarır: " Gənclərin siqaret qədər müraciət etdikləri ikinci zərərli vərdiş sulu qəlyandır.
Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə ziyan vurur. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 50-135 nanoqram (milli qramın mində biri) arsenium varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir. Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma pulmonoloqun sözlərinə görə, bu tamamilə səhv düşüncədir. Çünki, nikotin su ilə isladılır, sıxılır sonra qəlyana əlavə olunur. Qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf eləməlidi. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən, bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzər alın ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdı”.
Müsahibimizin dediyinə görə, qəlyan eyni zamanda yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Belə ki, gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir: "Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur”.
Britaniya kardiologiya fondu da qəlyan çəkmənin təhlükəsi ilə
bağlı xəbərdarlıq edib. Britaniyada ictimai yerlərdə siqaret
çəkilməsinə qadağa qoyulmasından sonra «şişa» adlanan qəlyanın
çəkilməsi sayı 200 faiz artıb. Fondun nümayəndəsi bildirir ki,
qəlyanın səhhətə ziyanı hələ də tam öyrənilməyib. Lakin insanın bir
saat ərzində bir «şişa» çəkməsi 100 siqaretə bərabərdir.
Xatırladaq Ombudsman Elmira Süleymanova da bir müddət öncə Milli
Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27
dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan
irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda
keçirilmiş "dəyirma masa"da qəlyanla bağlı məsələyə toxunmuşdu. E.
Axundova bildirmişdi ki, "Bakıda bir elanda göstərilib ki, hər
həftənin 5-ci günü gənc qızlar qəlyan çəkməyə dəvət olunur. Bu çox
dözülməz bir haldır. Bu əxlaqsızlığa dəvətdir. Belə əxlaqsızlıq
yuvalarına qarşı hamı ciddi şəkildə mübarizə aparmalıdır".
Qeyd edək ki, son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir. Bu cür cəlbedici elanlar isə zərif cinsin nümayəndələri arasında qəlyan çəkənlərin sayının artmasına təsir edir.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO