Qırmızı.az
Samuxda avtomobil piyadanı vurub
Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 21: 00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Kənd sakini Firuz Sadiqov idarə etdiyi VAZ-2106 markalı
avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan piyada 38
yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi
Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər
ilkin müayinədən sonra yaralının vəziyyətini ağır kimi
qiymətləndiriblər.
Qeyd edək ki, hadisə nəticəsində avtomobil yolun hərəkət
hissəsindən çıxaraq bir neçə metr kənara düşüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Həkim Mehman Hüseynov: "Bizə avtoqəza nəticəsində bir nəfər Samux
rayon sakini 1976-cı il təvəllüdlü Namiq Hüseynov gətirilib.
Xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğu üçün
reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həmin şöbədə
reanimasion tədbirlər davam etdirilir".
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO