Qırmızı.az
BDU rektorunun Feysbuk səhifəsi də saxta çıxdı - Rəsmi
“Abel Məhərrəmovun adına universitet tərəfindən Feysbuk sosial şəbəkəsində heç bir səhifə açılmayıb. Siz deyən səhifəni kim açıbsa, bunun universitetlə heç bir əlaqəsi yoxdur”.
Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Dövlət Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dedi.
O bildirdi ki, rektor Abel Məhərrəmovun adına açılmış səhifənin adının əvvəl başqa olub, sonradan dəyişdirilməsi də sübut edir ki, bu səhifə ilə universitetin heç bir əlaqəsi yoxdur:
“Rektor Abel Məhərrəmovun adına hər hansı bir səhifə açmaq lazım olsa, bunu sıfırdan özümüz edərik. Romantik məzmunlu hər hansı bir səhifəni alıb adını dəyişməyə ehtiyac yoxdur”.
Universitetin mətbuat xidmətinin rəhbəri BDU-da keçiriləcəyi bildirilən aksiyaya da münasibət bildirdi:
“Keçiriləcək aksiya və tələbələrin hər hansı bir tələbi barədə də bir söz deyə bilmərik. Biz icraçı qurumuq. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin qərarlarını icra edirik”.
Pərvanə İbrahimova onu bildirdi ki, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib və bu onların apelyasiya şikayətləri ilə bağlı olub:
“Düzdür, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib. Ancaq bu görüş imtahanların nəticələri və 1-2 bal problemi olan tələbələrin apelyasiya şikayəti ilə bağlı olub. Onların şikayəti ilə bağlı universitet rəhbərliyinin qərarı isə müvafiq olaraq fakültələrə göndərilib. Siz deyən məsələ ilə bağlı isə heç bir şey deyə bilmərik. Çünki bizim Təhsil haqqında qanuna hər hansı bir dəyişiklik etmək hüququmuz yoxdur, biz icraçı qurumuq. Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin qərarlarını icra edirik”
- See more at: http://axar.az//news/9872#sthash.yFGQLkxO.dpuf
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO