Qırmızı.az
Azərbaycanlı alimdən xəbərdarlıq: yaxın günlərdə ehtiyatlı olun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov Trend-ə deyib ki, bu gün səhər saatlarında Günəşdə partlayış baş verib. Alışma saat 4.40-da başlayıb, 5.03-də yekunlaşıb və 23 dəqiqiə davam edib.
N.Cəlilov qeyd edib ki, fevralın 8-də Günəşdə baş
vermiş partlayış Yer üçün təhlükəli olsa da, onun Yerə təsir gücü
zəif olub: "Bu alışma Yer üçün ona görə təhlükəli olub ki,
alışmanın mənbəyi düz Yerə tuşlanıb. Amma bu gün səhər baş verən
alışma daha güclü olub".
Bu gün səhər baş verən alışmanı son iki ilin,
eləcə də son 11 illik tsiklin ən güclü alışması olduğunu deyən şöbə
müdiri bildirib ki, bu alışmanın gücü rentgen şkalasında 4,9 bala
malik olub. Onun mənbəyi Günəş diskinin şərq tərəfində olub. Başqa
sözlə, alışmanın mənbəyi birbaşa Yerə tuşlanmayıb.
Alışmanın mənbəyinin Yerə tuşlanmamasını
xoşbəxtlik sayan N.Cəlilov deyib ki, bu baxımdan bugünkü alışma Yer
üçün təhlükəli hesab olunmur: "Günəş diskinin həm sağında, həm də
solunda güclü alışmalar baş verir. Amma diskin ortasında çox dərin
tac dəliyi var. Tac dəliyi elədir ki, oradan Yerə böyük
miqdarda-milyardlarla qaynar plazma kütlələri atılır. İndi həmin
tac dəliyi Yerə tərəf tuşlanıb".
N.Cəlilov deyib ki, həmin tac dəliyindən Yerə
atıla bilən plazma kütlələrinin təsirindən 3-4 gündən sonra Yerdə
maqnit təlatümləri, fırtınaları yarana bilər. Ancaq həmin maqnit
təlatümləri və fırtınalarının hansı səviyyədə olacağını əvvəlcədən
demək çətindir.
Mütəxəssis bildirib ki, əgər alışmanın mənbəyi
Yerə tuşlansaydı, onda maqnit təlatümlərinin hansı səviyyədə
olacağını demək olardı. Ancaq dərin dəlikdən plazmaların hansı
gücdə gələcəyini demək çətindir. Çünki o, müşahidə
olunmur.
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR