Qırmızı.az
BMT-də Xocalı faciəsinə statuslu məhkəmə yaradılmalıdır
Moldova ombudsmanı: BMT-də Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin, Milli QHT Forumunun və Mətbuat Şurasının birgə
təşkilatcılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş
tədbir keçirilibr.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkəmizdə
fəaliyyət göstərən QHT-lərin nümayəndələri və jurnalistlər iştirak
etmişlər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında
ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən, Azərbaycan
dövlətinin və qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımının
dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyətlərindən
danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu istiqamətdə mühüm uğurların əldə edildiyi vurğulayıbr. R.Zeyni demişdir ki, Xocalı soyqırımının bir neçə ölkənin parlamentində tanınmasına baxmayaraq, əksər dövlətlər bu məsələdə hələ də ikili standartlardan çıxış edir. Ümid edirik ki, haqq-ədalət tezliklə öz yerini tapacaq, beynəlxalq ictimaiyyət Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verəcək və bu faciəni törədənlər cəzalandırılacaqlar.
Mətbuat Şurasının sədri Əflatun Amaşov demişdir ki, Xocalı faciəsi
bəşər tarixinin qanlı səhifəsidir. Tarixə ekskursiya etsək görərik
ki, istər 1905-1907-cı illərdə, istərsə də II Dünya müharibəsindən
sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunmuş, qətlə
yetirilmişlər. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı
törətmişlər. Xocalı qəliamı isə bu soyqırımıların zirvəsində
dayanır. Ə.Amaşov vurğulamışdır ki, Azərbaycanın qarşısında duran
ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya
ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bununla da bütün dünya
mənfur düşmənin simasını daha yaxşı tanıyacaqdır.
Moldova ombudsmanı Aureliya Qriqoriu bildirib ki, Xocalı
həqiqətlərini beynəlxalq tribunala çıxarsaq bunun nə qədər böyük
bir faciə olduğunu dünyaya çatdırmış olarıq. O demişdir: “Mən
İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə
çatdırdım. İyirmi iki il keçməsinə baxmayaraq, bu faciəyə
siyasi-hüquqi qiymət verilməyib. Hesab edirəm ki, BMT tərkibində
Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu
məhkəmə yaradılmalıdır.
Ermənilərin bir daha Azərbaycanla bağlı çirkin əməllər törətməsinə
imkan verilməməlidir. Artıq ermənilərin dünya ictimaiyyətinin
gözündən pərdə asdığı bəsdir”.
Sonda BMT-yə, Avropa Şurasına, ATƏT-ə, ayrı-ayrı ölkələrdə
fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından
müraciət qəbul olunub.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO